Modern.az

Messi futbol tarixinin ən titullu oyunçusudur

Messi futbol tarixinin ən titullu oyunçusudur

İdman

20 Avqust 2023, 09:51

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi vurduğu 10 qolla Liqa Kubokunun bombardiri olub.

 

Modern.az xəbər verir ki, hücumçu "Neşvill"lə final matçında (1:1, 10:9 pen) oyunun 23-cü dəqiqəsində hesabı açaraq onuncu qolu vurub.

 

Onun ən yaxın təqibçisi Bonqokul Hlonqvan yeddi qol vurub.

 

Hücumçu üçün bu kubok karyerasında 44-cü olub. O, tarixin ən titullu futbolçusudur. Messi ilk kubokunu “İnter Mayami” ilə qazanıb və bu, klubun ilk tituludur.

 

Qeyd edək ki, Messi 2021-ci ilin yayında "Barselona"dan PSJ-yə keçib. 2023-cü ilin yay transfer pəncərəsində argentinalı “İnter Mayami” ilə pulsuz transferlə müqavilə bağlayıb və ilk matçda cərimə zərbəsini vuraraq Amerika klubunda debüt edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi