Modern.az

Cüdo millimiz Yunanıstan yığması ilə üz-üzə gələcək

Cüdo millimiz Yunanıstan yığması ilə üz-üzə gələcək

İdman

27 Avqust 2023, 09:07

Bu gün Xorvatiyada keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatına yekun vurulacaq.

 

Modern.az xəbər verir ki, sonuncu gündə komandalararası yarış baş tutacaq.

 

Azərbaycan millisi 1/8 final mərhələsində Yunanıstan seçməsi ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, yığma fərdi mübarizəni medal sıralamasında birinci pillədə başa vurub. Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq), Süleyman Şükürov (73 kq) və Ramazan Əhmədov (90+) isə bürünc medal əldə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi