Modern.az

İspaniya Futbol Federasiyasının prezidentinə CƏZA

İspaniya Futbol Federasiyasının prezidentinə CƏZA

27 Avqust 2023, 09:56

İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales avqustun 26-dan etibarən 90 gün müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən və vəzifəsindən kənarlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) İntizam Komitəsi qərar qəbul edib.

 

Luis Rubiales bağlı qərar FİFA-nın avqustun 20-da baş vermiş olayla əlaqədar apardığı araşdırma fonunda qəbul edilib. Avqustun 20-də qadınlar arasında futbol üzrə dünya çempionatının finalında İspaniya yığması Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Medalların təqdim olunma mərasimində Luis Rubiales İspaniya yığmasının kapitanı Cennifer Ermosonun dodaqlarından öpüb.

 

Luis Rubiales avqustun 25-də bəyan edib ki, postunu tərk etmək niyyətində deyil. Bununla belə, “sports.ru” nəşri yazıb ki, 80-dən artıq futbolçu, o cümlədən Cennifer Ermoso da daxil olmaqla dünya çempionatının 23 iştirakçısı Luis Rubialesin İspaniya Futbol Federasiyasının prezidenti kimi qalacağı halda yığmada oynamaqdan imtina edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi