Modern.az

“Olimpiya” klubunun Bakıya səfər proqramı açıqlandı

“Olimpiya” klubunun Bakıya səfər proqramı açıqlandı

28 Avqust 2023, 14:38

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Sloveniyanın “Olimpiya” klubunun səfər proqramı müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, Lyublyana təmsilçisi bu gecə yola düşəcək.

 

Komandanı Bakıya gətirəcək təyyarənin saat 05:35-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enməsi planlaşdırılır. Sloveniya çempionu “Fairmont” hoteldə məskunlaşacaq.

 

Komandanı matçda dəstəkləmək üçün təxminən 15 azarkeşin gəlməsi gözlənilir.

 

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq. “Qarabağ” səfərdə reallaşan ilk matçda 2:0 hesablı qələbə qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi