Modern.az

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək

Azərbaycanlı hakim Avropa çempionatının oyunlarını idarə edəcək

29 Avqust 2023, 09:58

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında keçiriləcək Avropa çempionatının oyunlarını idarə edəcək.

 

Azərbaycan Voleybol Federasiyasından Modern.az-a verilən məlumata görə, Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, o, B qrupunun qarşılaşmalarında ədaləti qoruyacaq.

 

Bolqarıstanın ev sahibliyi edəcəyi qrupda mübarizə bu gün başlayacaq. Bolqarıstanla yanaşı, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığmaları B qrupda yer alıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi