Modern.az

Taekvondoçularımız Qran-pridə iştirak edəcəklər

Taekvondoçularımız Qran-pridə iştirak edəcəklər

29 Avqust 2023, 15:36

Azərbaycan parataekvondoçuları Fransada keçiriləcək Qran-pridə iştirak edəcəklər.

 

Azərbaycan Taekvondo Federasiyasından Modern.az-a verilən məlumata görə, baş məşqçi Fərid Tağızadə G6 kateqoriyalı yarışda yığmanın 3 üzvünə şans verəcək.

 

Avqustun 30-da başlayacaq Qran-pridə Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) mübarizə aparacaqlar.

 

Hər 3 idmançı K-44 kateqoriyasında qüvvəsini sınayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi