Modern.az

Avrokubok oyunları bu telekanallarda yayımlanacaq

Avrokubok oyunları bu telekanallarda yayımlanacaq

30 Avqust 2023, 13:58

2023/2024 mövsümündə avrokubokların oyunları Azərbaycanın iki telekanalında yayımlanacaq.

 

Modern.az-ın məlumatına görə, azarkeşlər UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının matçlarını “CBC Sport” və İTV-dən izləyə biləcəklər.

 

“Saran Media” və ölkə ərazisində turnirin əsas yayımçısı “CBC Sport”la əldə olunan razılaşma əsasında qeyd olunan turnirlərdə yarımfinal mərhələsinə kimi paralel keçiriləcək görüşlər İTV-nin canlı efirində təqdim olunacaq. Anlaşmaya əsasən, hər oyun həftəsində 3 qarşılaşma İTV-də yayımlanacaq.

 

Artıq bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kopenhagen” (Danimarka) - “Rakuv” (Polşa) görüşünü saat 23:00-dan etibarən İTV-dən izləmək mümkün olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi