Modern.az

\"Qarabağ\" \"Olimpiya\"nı qəbul edəcək

\

31 Avqust 2023, 07:46

"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda pley-off mərhələsinin cavab matçında Sloveniya "Olimpiya"sını qəbul edəcək.

 

Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

 

Səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

 

UEFA Avropa Liqası

 

20:00. "Qarabağ" - "Olimpiya" (Sloveniya) (ilk oyun 2:0)

 

Baş hakim: Alexandro Ernandes (İspaniya)

 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi