Modern.az

Konfrans Liqasının püşkü atıldı - CƏDVƏL

Konfrans Liqasının püşkü atıldı - CƏDVƏL

İdman

1 Sentyabr 2023, 16:52

UEFA Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.

 

Modern.az-ın məlumatına görə, Fransanın Monako şəhərində keçirilən püşkatma mərasimində qrupların tərkibi müəyyənləşib.

 

32 iştirakçı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya”nın “Dinamo” (Zaqreb) klubu C qrupunda mübarizə aparacaq.

 

Qrup mərhələsinə sentyabrın 21-də start veriləcək.

 

A qrupu: “Lill” (Fransa), “Slovan” (Bratislava, Slovakiya), “Olimpiya” (Sloveniya), “Klaksvik” (Farer adaları).

 

B qrupu: “Gent” (Belçika), “Makkabi” (Təl-Əviv, İsrail), “Zarya” (Luqansk, Ukrayna), “Breydablik” (İslandiya).

 

C qrupu: “Dinamo” (Zaqreb, Xorvatiya), “Viktoriya” (Plzen, Çexiya), “Astana” (Qazaxıstan), “Balkani” (Kosovo).

 

D qrupu: “Brügge” (Belçika), “Bude/Qlimt” (Norveç), “Beşiktaş” (Türkiyə), “Luqano” (İsveçrə).

 

E qrupu: AZ (Alkmar, Niderland), “Aston Villa” (İngiltərə), “Legiya” (Polşa), “Zrinski” (Bosniya və Herseqovina).

 

F qrupu: “Ferentsvaroş” (Macarıstan), “Fiorentina” (İtaliya), “Genk” (Belçika), “Çukariçki” (Serbiya).

 

G qrupu: “Ayntraxt” (Almaniya), PAOK (Yunanıstan), HİK (Finlandiya), “Aberdin” (Şotlandiya).

 

H qrupu: “Fənərbağça” (Türkiyə), “Ludoqorets” (Bolqarıstan), “Spartak” (Trnava, Slovakiya), “Norşellann” (Danimarka).

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi