Modern.az

“Qarabağ”ın oyunu azarkeş sayına görə ikinci oldu

“Qarabağ”ın oyunu azarkeş sayına görə ikinci oldu

İdman

2 Sentyabr 2023, 09:24

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

 

Modern.az-ın məlumatına görə, "Qarabağ"ın Bakıda Sloveniya "Olimpiya"sı ilə heç-heçə (1:1) etdiyi qarşılaşma bu göstəricidə ikincidir.

 

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda 27 354 tərəfdar olub.

 

Ən çox tamaşaçı isə "Ayaks" (Niderland) - “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb. Amsterdamda gerçəkləşən dueldə 50 900 nəfər tribunada əyləşib.

 

Qeyd edək ki, səfərdə "Olimpiya"nı iki cavabsız qolla üstələyən "Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Komanda H qrupunda Almaniyanın "Bayer 04", Norveçin "Molde" və İsveçin "Hakken" klubları ilə mübarizə aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi