Modern.az

"Qarabağ"ın oyunlarının TƏQVİMİ

İdman

2 Sentyabr 2023, 11:12

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

 

Modern.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda sentyabrın 21-də, I turda Norveçin "Molde" kollektivini qəbul edəcək.

 

Ölkə çempionu II turda, oktyabrın 5-də İsveçdə "Hakken"in qonağı olacaq.

 

"Köhlən atlar" oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq III (səfər) və IV (ev) turlarda Almaniya nəhəngi "Bayer 04"lə üz-üzə gələcək.

 

Noyabrın 30-da, V turda "Molde"nin qonağı olacaq ağdamlılar, dekabrın 14-də, sonuncu turda Bakıda "Hakken"i sınağa çəkəcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi