Modern.az

Gimnastımız dünya kubokunda finala yüksəldi

Gimnastımız dünya kubokunda finala yüksəldi

İdman

2 Sentyabr 2023, 17:54

İdman gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Nazənin Teymurova Türkiyənin Mersin şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda finala yüksəlib.

 

Federasiyadan Modern.az-a verilən məlumata görə, idmançımız dayaqlı tullanma hərəkətinin icrasında həlledici mərhələyə vəsiqə qazanıb.

 

Qeyd edək ki, Dünya Kubokunda Azərbaycanı kişilər arasında Mənsum Səfərovla Nikita Simonov, qadınların yarışında isə Nazənin Teymurova və Samirə Qəhrəmanova təmsil edir.

 

Yarışa sentyabrın 3-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi