Modern.az

Azərbaycanda triatlon üzrə beynəlxalq turnir keçirilə bilər

Azərbaycanda triatlon üzrə beynəlxalq turnir keçirilə bilər

3 Sentyabr 2023, 10:02

2024-cü ildə triatlon üzrə İRONMAN (dəmir məsafə) seriyası Azərbaycanda keçirilə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə ölkə çempionatı zamanı jurnalistlərə açıqlamasında deyib.

 

Qurum rəhbəri hazırda beynəlxalq turnirin ev sahibliyi ilə bağlı danışıqların davam etdiyini bildirib:

 

“Gələn il İRONMAN brendinin ölkəyə gətirilməsini planlaşdırırıq. Bu, Azərbaycana həm turizm baxımdan böyük təkan verər, həm də idmançıların axınına yol açar. Yüksək səviyyədə yarışa ev sahibliyi etməyi planlaşdırırıq. Danışıqlar artıq bitmək üzrədir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi