Modern.az

Xuan Matanın yeni klubu AÇIQLANDI

Xuan Matanın yeni klubu AÇIQLANDI

İdman

3 Sentyabr 2023, 18:54

"Qalatasaray"dan ayrılan Xuan Matanın yeni klubu müəyyənləşib.

 

Modern.az xəbər verir ki, 35 yaşlı oyunçu karyerasını Yaponiyada davam etdirəcək. Təcrübəli yarımmüdafiəçi "Vissel Kobe"yə keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Xuan Mata ötən ilin yayında "Mançester Yunayted"dən ayrıldıqdan sonra "Qalatasaray"a keçmişdi. İspaniya millisinin sabiq üzvü "sarı-qırmızılar"da 18 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi