Modern.az

"Qarabağ" məğlub oldu 

İdman

3 Sentyabr 2023, 23:53

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, bağlanış matçında “Qarabağ” “Səbail”in qonağı olub.

 

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

 

Hesabı üçüncü dəqiqədə qonaq komandanın heyətində Hamidu Keyta açıb. Lakin Aleksandre Ramalinqomun dublu Bayıl təmsilçisinə qələbə qazandırıb. Madaqaskarlı futbolçu 17 və 42-ci dəqiqələrdə fərqlənib.

 

Bu nəticədən sonra xallarını yeddiyə çatdıran “Səbail” altıncı pilləyə yüksəlib. Eyni xala malik “Qarabağ” beşincidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi