Modern.az

“Qarabağ”ın üç legionerinə millidən dəvət gəldi

“Qarabağ”ın üç legionerinə millidən dəvət gəldi

İdman

5 Sentyabr 2023, 10:34

"Qarabağ" klubunun legioner futbolçuları milli komandalara dəvət alıblar.

 

Ağdam təmsilçisindən Modern.az-a verilən məlumata görə, monteneqrolu Marko Yankoviç sentyabrın 7-də Litvaya, üç gün sonra Bolqarıstana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunları üçün yığmaya cəlb edilib.

 

Leandro Andrade isə Kabo-Verde millisinə çağırılıb. O, sentyabrın 10-da Toqo yığmasına qarşı Afrika Millətlər Kubokunun seçmə mərhələ görüşü üçün dəvət alıb.

 

Qeyd edək ki, daha əvvəl qapıçı Luka Quqeşaşvili Gürcüstan yığmasından dəvət almışdı.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi