Modern.az

“Qəbələ”dən yeni transfer

“Qəbələ”dən yeni transfer

İdman

5 Sentyabr 2023, 18:20

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

 

Modern.az xəbər verir ki, “qırmızı-qaralar” Samuel Tettehin keçidini gerçəkləşdirib. 27 yaşlı qanalı hücumçu ilə 2 mövsümlük müqavilə imzalanıb.

 

Samuelin son klubu “Adanaspor” olub. 2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib. 

 

Qananın U-20 yığmasında da oynamış hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi