Modern.az

Şahruddin Türkiyə klubuna KEÇİR

Şahruddin Türkiyə klubuna KEÇİR

İdman

6 Sentyabr 2023, 13:32

Azərbaycan millisinin və “Qarabağ” klubunun 29 yaşlı qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” klubuna transfer olunacaq.

 

Modern.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Fanatik” nəşri çıxış edib.

 

Məlumata görə, futbolçu ilə 2+1 illik müqaviləni razılaşdırıb. O, yeni komandasına azad agent kimi keçəcək və “Adana Dəmirspor”da yerli futbolçu statusunda çıxış edəcək.

 

Xatırladaq ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”ın formasını geyinir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi