Modern.az

Azərbaycan - Belçika oyununa 5 minə yaxın bilet satılıb

Azərbaycan - Belçika oyununa 5 minə yaxın bilet satılıb

İdman

7 Sentyabr 2023, 17:38

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – Belçika oyununa 4447 bilet satılıb.

 

Bu barədə Modern.az-a AFFA-nın mətbuat katibi Elnur Məmmədli məlumat verib.

 

“Dalğa Arena”da baş tutacaq qarşılaşma üçün bilet satışı davam edir. Qiymətlər ikinci kateqoriyaya 5, birinci kateqoriyaya 10, VIP-ə isə 50 manat təşkil edir. Arena ümumilikdə 6500 tamaşaçı tutumuna malikdir.

 

Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi