Modern.az

Əfran İsmayılov “İdman Ustası” adına layiq görüldü

Əfran İsmayılov “İdman Ustası” adına layiq görüldü

İdman

8 Sentyabr 2023, 14:08

“Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görüldüyümə görə çox sevincliyəm. Ancaq bununla kifayətlənmək istəmirəm.

 

Modern.az xəbər verir ki, bu sözləri millimizin sabiq futbolçusu Əfran İsmayılov “Azərbaycan Respublikasının İdman Ustası” adına layiq görülməsi haqqında danışarkən deyib

 

Təqdimetmə zamanı gənclər və idman naziri Fərid Qayıbovla arasındakı dialoqdan da bəhs edən veteran yarımmüdafiəçi deyib: “Cənab nazir mənə bildirdi ki, bu dərəcəni almağa gecikmisən. Düşünürəm ki, bunun səbəbi məsuliyyətsizliyimlə əlaqəlidir. Çox vaxtım yox idi və bəzi səbəblərə görə başım qarışıq idi. Nəhayət, bu dərəcəyə layiq görüldüm”.

 

İsmayılov bildirib ki, uğura gedən yolda dayanmaq olmaz: “Daha irəliyə doğru addım atmağı hədəfləyirəm. Belə bir ada layiq görülməyim sevindirici və qürurvericidir”.

 

Qeyd edək ki, Əfran İsmayılov hazırda “Araz-Naxçıvan” komandasında köməkçi məşqçi kimi fəaliyyət göstərir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi