Modern.az

Poloçularımız finalda - Rəqib İspaniyadır

Poloçularımız finalda - Rəqib İspaniyadır

İdman

10 Sentyabr 2023, 11:21

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması qalibiyyət seriyasını davam etdirir.

 

Modern.az xəbər verir ki, sentyabrın 9-da komandamız yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşıb və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanıb.

 

Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqiylə geridə başlayan millimiz ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın etməyi bacarıb.

 

Rəqib komandanın qapısından zərbələrin üçünü Tərlan Qurbanəliyev, birini Elçin Camallı və ikisini Joakin Kopello keçirib.

 

Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda 7-5 hesabıyla ispanlar qalib gəlib.
Azərbaycan və İspaniya yığmaları arasındakı final oyunu bu gün - 10 sentyabr tarixində baş tutacaq.

 

Xatırladaq ki, çempionatın ilk oyununda yığmamız gərgin mübarizədə 6:5 hesabı ilə İspaniya yığmasına qalib gəlmişdi.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi