Modern.az

Dünya Kubokunun qalibi bu ölkə oldu

Dünya Kubokunun qalibi bu ölkə oldu

İdman

10 Sentyabr 2023, 21:37

Almaniya millisi basketbol üzrə dünya çempionatının final oyununda Serbiya yığmasını 83:77 hesabı ilə məğlub edib. Görüş Filippinin paytaxtı Manilada keçirilib.

 

Modern.az xəbər verir ki, finalda ən məhsuldar oyunçu Almaniya millisinin basketbolçusu Dennis Şröder olub. O, 23 xal toplayıb. Serbiya yığmasının heyətində isə ən çox xalı Aleksa Avramoviç toplayıb – 21 xal. Almaniya millisi dünya çempionatında keçirdiyi səkkiz oyunun hamısında qalib gəlib.

 

Almaniya üçün bu qələbə dünya çempionatı tarixində ilkdir. Bu vaxta qədər komandanın ən yaxşı nailiyyəti 2002-ci il dünya çempionatında bürünc medallar olub.

 

Üçüncü yer uğrunda görüşdə Kanada komandası ABŞ-a əlavə vaxtda 127:118 hesabı ilə qalib gəlib. Beləliklə kanadalılar ilk dəfə dünya çempionatında gümüş medal əldə ediblər.

 

“FIBA Dünya Çempionatı – 2023” İndoneziya, Yaponiya və Filippində keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi