Modern.az

AVRO-2024-ün bu gün keçiriləcək oyunları

AVRO-2024-ün bu gün keçiriləcək oyunları

İdman

11 Sentyabr 2023, 09:56

Bu gün AVRO-2024-ün seçmə mərhələsində VI turun növbəti oyunları keçiriləcək.

 

Modern.az xəbər verir ki, iki qrupda beş matç baş tutacaq.

 

Ötən tur Latviyanı darmadağın edən Xorvatiya bu dəfə Ermənistanı sınağa çəkəcək. Portuqaliya Lüksemburqu, Slovakiya isə Lixtenşteyni qəbul edəcək.

 

AVRO-2024, seçmə mərhələ

VI tur

11 sentyabr

 

D qrupu

20:00. Ermənistan - Xorvatiya

22:45. Latviya - Uels

Xal durumu: Türkiyə - 10, Xorvatiya - 7, Ermənistan - 7, Uels - 4, Latviya - 0

 

J qrupu

22:45. Portuqaliya - Lüksemburq

22:45. İslandiya - Bosniya və Herseqovina

22:45. Slovakiya - Lixtenşteyn

Xal durumu: Portuqaliya - 15, Slovakiya - 10, Lüksemburq - 10, Bosniya və Herseqovina - 6, İslandiya - 3, Lixtenşteyn – 0.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi