Modern.az

AFFA təxribatla bağlı UEFA-ya müraciət edəcək

AFFA təxribatla bağlı UEFA-ya müraciət edəcək

İdman

12 Sentyabr 2023, 00:22

AFFA “AVRO 2024”-ün seçmə mərhələsində Ermənistan və Xorvatiya yığmaları arasında keçirilmiş oyundakı təxribatla bağlı UEFA-ya müraciət edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

 

Onun sözlərinə görə, AFFA məsələ ilə bağlı bütün lazımi addımları atacaq: “Ermənilər ilk dəfə deyil ki, bu cür təxribata əl atırlar. Bununla bağlı bütün mümkün tədbirlər görüləcək”.

 

Qeyd edək ki, İrəvanda baş tutan Ermənistan-Xorvatiya matçında ermənilər meydanın üzərində dron vasitəsilə Qarabağdakı separatçı rejimin “bayrağı”nı nümayiş etdiriblər. Həmçinin erməni və xorvat azarkeşlər arasında kütləvi dava olub.

 

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi