Modern.az

AVRO-2024-ün bu keçiriləcək oyunları

AVRO-2024-ün bu keçiriləcək oyunları

İdman

12 Sentyabr 2023, 09:04

Bu gün AVRO-2024-ün seçmə mərhələsində VI tura yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, son gündə 4 qrupda ümumilikdə 9 oyun keçiriləcək.

 

Azərbaycan millisinin istirahət etdiyi turda F qrupunda iki görüş baş tutacaq. Üç gün əvvəl Bakıda yığmamız üzərində minimalhesablı qələbə qazanan Belçika bu dəfə digər autsayder Estoniyanı sınağa çəkəcək. İsveç isə final mərhələsinə vəsiqə şansını davam etdirmək üçün evdə Avstriyanı məğlub etməlidir.

 

Diqqətçəkən matçlardan biri C qrupunda gerçəkləşəcək. İkinci yerə iddia edən İtaliya ilə Ukrayna birincilərin meydanında üz-üzə gələcəklər.

 

AVRO-2024-ün seçmə mərhələsi
VI tur


12 sentyabr

A qrupu


22:45. İspaniya – Kipr
22:45. Norveç – Gürcüstan
Xal durumu: Şotlandiya – 15 xal (5 oyun), İspaniya – 6 (3), Norveç – 4 (4), Gürcüstan – 4 (4), Kipr – 0 (4)

 

C qrupu
22:45. İtaliya – Ukrayna
22:45. Malta – Şimali Makedoniya
Xal durumu: İngiltərə - 13 (5), Ukrayna – 7 (4), İtaliya – 4 (3), Şimali Makedoniya – 4 (4), Malta – 0 (4)

 

F qrupu
22:45. Belçika – Estoniya
22:45. İsveç – Avstriya
Xal durumu: Belçika – 10 (4), Avstriya – 10 (4), İsveç – 6 (4), Estoniya – 1 (4), Azərbaycan – 1 (4)

 

İ qrupu
22:45. İsrail – Belarus
22:45. Rumıniya – Kosovo
22:45. İsveçrə - Andorra
Xal durumu: İsveçrə - 11 (5), Rumıniya – 9 (5), İsrail – 8 (5), Belarus – 4 (5), Kosovo – 4 (5), Andorra – 2 (5)

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi