Modern.az

“Qarabağ”ın daha 2 rəqibi iştirak ərizəsini UEFA-ya təqdim etdi

“Qarabağ”ın daha 2 rəqibi iştirak ərizəsini UEFA-ya təqdim etdi

İdman

12 Sentyabr 2023, 17:00

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri olan Almaniyanın “Bayer” və Norveçin “Molde” komandaları iştirak ərizələrini UEFA-ya təqdim ediblər.

 

Modern.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisinin siyahısında 23 futbolçu yer alıb.

 

“Molde” klubu isə qrup matçları üçün 22 oyunçunun xidmətindən yararlanacaq.

 

“Bayer”in iştirak ərizəsi

 

Qapıçılar: 1. Lukaş Qradetski, 17. Matey Kovarj, 36. Niklas Lomb

 

Müdafiəçilər: 2. Yosip Stanişiç, 3. Pyero İnkapye, 4. Conatan Ta, 6. Odilon Kossunu, 12. Edmond Tapsoba, 13. Artur Soares, 20. Alexandro Qrimaldo, 30. Ceremi Frimponq

 

Yarımmüdafiəçilər: 7. Yonas Hofmann, 8. Robert Andrix, 10. Florian Virts, 18. Noa Mbamba, 25. Esekiel Palasios, 32. Qustavo Puerta, 34. Qranit Caka

 

Hücumçular: 14. Patrik Şik, 19. Neytan Tella, 21. Amin Adli, 22. Viktor Bonifase, 23. Adam Qlojek

 

“Molde”nin iştirak ərizəsi

 

Qapıçılar: 1. Yakob Karlström, 12. Oliver Petersen

 

Müdafiəçilər: 2. Martin Byörnbak, 3. Kasper Eyvann, 19. Eyrik Hauqan, 21. Martin Linnes, 25. Anders Hagelskyer, 28. Kristoffer Haugen, 31. Matias Fyörtoft Lyövik

 

Yarımmüdafiəçilər: 4. Kristian Kappis, 6. Martin Ellinqsen, 7. Maqnus Eykrem, 10. Erik Kitolano, 15. Markus Kaasa, 16. Emil Breyvik, 20. Kristian Eriksen, 22. Maqnus Qryödem, 24. Yohan Bakke

 

Hücumçular: 5. Eyrik Hestad, 8. Fredrik Qulbrandsen, 9. Veton Berişa, 14. Erlinq Knudtzon

 

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 21-də start veriləcək. “Qarabağ” klubu ilk matçını Bakıda “Molde”yə qarşı keçirəcək. Digər görüşdə isə “Bayer” İsveç “Hekken”ini qəbul edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi