Modern.az

AFFA rəsmisi Millətlər Liqasının oyununa təyinat aldı

AFFA rəsmisi Millətlər Liqasının oyununa təyinat aldı

İdman

15 Sentyabr 2023, 11:50

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb.

 

Modern.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək Millətlər Liqasının Macarıstan – İrlandiya oyununda UEFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, sentyabrın 26-da Budapeştdə reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi