“Neftçi” Azərbaycan Premyer Liqasının VI turunda bu gün “Dalğa Arena”da “Araz-Naxçıvan”ın qonağı olacaq.
Modern.az xəbər verir ki, paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı oyundan öncə komandanın sağlamlıq durumu barədə klubun rəsmi televiziyasına açıqlama verib.
O bildirib ki, hazırda komanda üzvlərindən yalnız Rəhman Hacıyev zədəlidir: “Hələlik fərdi hərəkətlər və müalicələrlə kifayətlənir. Ömər Buludov və Eddi İsrafilov artıq komanda ilə məşqlərə qoşulub. Qapıçı Emil Balayevin isə bərpa prosesi davam edir”.
Qeyd edək ki, “Araz-Naxçıvan” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.