Modern.az

"Səbail" "Kəpəz"i məğlub etdi 

İdman

16 Sentyabr 2023, 21:55

Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.

 

Modern.az xəbər verir ki, günün ilk matçında “Kəpəz”lə “Səbail” Gəncədə üz-üzə gəliblər.

 

“Dənizçilər” erkən qolla hesabı açıblar. 2-ci dəqiqədə Yusif Nəbiyev fərqlənib. Oyunun 16-cı dəqiqəsində Pana, 54-cü dəqiqədə isə Aleksandor Ramalinqom rəqibin qapısına yol taparaq səfərdə 3:0 hesablı qələbə qazanıb.

 

“Səbail” 10 xalla müvəqqəti olsa da, ikinci pilləyə yüksələ bilib. "Kəpəz" isə 4 xalla 9-cu sıradadır.

 

Qeyd edək ki, turun ilk matçında "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları sentyabrın 17-də baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi