Modern.az

Bu gün keçiriləcək OYUNLAR

Bu gün keçiriləcək OYUNLAR

İdman

17 Sentyabr 2023, 09:26

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.

 

Modern.az-ın məlumatına görə, son gündə iki oyun keçiriləcək.

 

Mövsümə uğurlu start verən “Turan Tovuz” əks qrafik cızan “Qəbələ”ni qəbul edəcək. İlk xallarını ötən turda qazanan “qırmızı-qaralar” Tovuz səfərində də bunu təkrarlamağa çalışacaq. Ayxan Abbasovun kollektivi isə qələbə təqdirində ikinci pilləyə qayıda bilər. Hazırda “Turan Tovuz”un 9, “Qəbələ”nin isə 3 xalı var.

 

Tura mərkəzi oyunla yekun vurulacaq. Çempionluğa iddialılar “Qarabağ”la “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Mövsümə qeyri-stabil nəticələrlə başlayan komandalar liderlər qrupundan çox uzaq düşməmək üçün qələbə qazanmaq niyyətindədirlər. “Qarabağ”ın hesabında 7, “Sabah”da isə 4 xal var.

 

Qeyd edək ki, turun əvvəlki matçlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” isə “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

 

Premyer Liqa
VI tur
17 sentyabr (bazar)

 

16:30. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz şəhər stadionu

 

19:30. “Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Tofiq Bəhramov adına Respublika Stadionu

 

1

Zirə

6

5

0

1

6-2

15

2

Səbail

6

3

1

2

11-9

10

3

Araz-Naxçıvan

6

3

1

2

7-7

10

4

Turan Tovuz

5

3

0

2

9-6

9

5

Neftçi

6

2

2

2

5-4

8

6

Qarabağ

5

2

1

2

7-5

7

7

Sumqayıt

5

2

1

2

7-5

7

8

Sabah

4

1

1

2

6-5

4

9

Kəpəz

6

1

1

4

3-9

4

10

Qəbələ

5

1

0

4

2-11

3

 

Bombardirlər: Aleksandr Ramalinqom (“Səbail”) - 4 qol, Orxan Əliyev (“Araz-Naxçıvan”), Martin Petkov (“Turan Tovuz”) - 3 qol.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi