Modern.az

Daha dörd güləşçimiz mübarizəyə başlayır

Daha dörd güləşçimiz mübarizəyə başlayır

İdman

17 Sentyabr 2023, 09:50

Bu gün Azərbaycanın daha dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

 

Modern.az-ın məlumatına görə, 79 kq çəki dərəcəsində çıxış edən Orxan Abasov təsnifat mərhələsində Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən İman Mahdavi ilə üz-üzə gələcək.

 

57 kq-da Əliabbas Rzazadə 1/16 finalda Zeyn Riçardsla (ABŞ) qarşılaşacaq.

 

74 kq-da Turan Bayramov eyni raundda bəhreynli Maqomedrasul Asluyevlə, 92 kq-da isə Osman Nurmaqomedov 1/8 finalda Teyvir Bol (Kanada) - Denis Sahaliuk (Ukrayna) cütünün qalibi ilə güləşəcək.

 

Ötən gün mübarizəyə qoşulan Maqomed-Başir Xaniyev (70 kq) təsəlliverici görüşdə iştirak edəcək. O, polşalı Patrik Olenşinlə üz-üzə gələcək.

 

Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi