Modern.az

"Qarabağ"dan növbəti qələbə

İdman

17 Sentyabr 2023, 21:53

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

 

Modern.az xəbər verir ki, mərkəzi oyunda çempionla vitse-çempion üz-üzə gəliblər.

 

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda qızıl medallar uğrunda mübarizədə əsas rəqiblərindən olan “Sabah”ı qəbul edib.

 

Qarşılaşmanı üstün keçirən ağdamlılar ikinci hissədə vurduqları qollar sayəsində 2:0 hesablı qələbə qazanıblar. 56-cı dəqiqədə Olavio Juninyo hesabı açıb. 88-ci dəqiqədə isə Hamidu Keyta görüşdə son nöqtəni qoyub.

 

Qələbə sayəsində “Qarabağ” xallarının sayını 10-a yüksəldib. Son sıralarda qərarlaşan “Sabah”ın isə hesabında 4 xal var.

 

Turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib, “Turan Tovuz”la “Qəbələ” bərabərə (2:2) qalıblar.

 

Qeyd edək ki, Premyer Liqada VII turun matçları 23-25 sentyabr aralığında keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi