Modern.az

“Qarabağ” qrupda ilk oyununa çıxır

“Qarabağ” qrupda ilk oyununa çıxır

21 Sentyabr 2023, 09:39

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.

 

Modern.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda I turda Bakıda Norveç "Molde"si ilə üz-üzə gələcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:45-də başlayacaq.

 

Görüşü şotlandiyalı Con Bitonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. H qrupunun digər matçında Almaniyanın "Bayer 04" komandası İsveç "Hakken"ini qəbul edəcək. Bu oyun da eyni saatda start götürəcək.

 

UEFA Avropa Liqası, qrup mərhələsi

I tur

20:45. "Qarabağ" - "Molde" (Azərbaycan)

Baş hakim: Con Biton (Şotlandiya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı