Modern.az

Güləşçilərimiz yarımfinala yüksəldi

Güləşçilərimiz yarımfinala yüksəldi

İdman

21 Sentyabr 2023, 16:34

Azərbaycanın üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında yarımfinala yüksəlib.

 

Modern.az-ın məlumatına görə, Eldəniz Əzizli (55 kq), Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) 1/4 final səddini uğurla keçiblər.

 

E.Əzizli və S.Süleymanov bu raundda Qazaxıstan təmsilçilərindən güclü olublar. Onlar müvafiq olaraq Marlan Mukaşev və Demeu Jadrayevə qalib gəliblər. R.Hüseynov isə yarımfinal yolunda Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən Aues Qonibovu məğlub edib.

 

Qeyd edək ki, 130 kq çəki dərəcəsində çıxış edən Beka Kandelaki mübarizəni erkən dayandırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu