Modern.az

Bu qələbə bizə lazım idi

Bu qələbə bizə lazım idi

21 Sentyabr 2023, 23:43

Bu gün yaxşı oyun nümayiş etdirdik. Bu qələbə bizə lazım idi.

 

Modern.az xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl Bakıda Norveç "Molde"sinə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

Klubun prezidenti rəqib komandanın qapıçısının yaxşı oynadığını qeyd edib: “Bu münasibətlə onu təbrik edirəm. Çox yaxşı performans göstərdi. Lakin biz hər bir halda qələbə qazandıq”.

 

Tahir Gözəl komandanın sabiq qapıçısı Şahruddin Məmmədəliyevin gedişindən danışıb: “Andre Lunyovun oyunundan razı qaldım. Amma Şahruddində bizim üçün özəl insan idi, onun özünəməxsus dəsti-xətti var idi”.

 

O, Türkiyə təmsilçisi olan “Qalatasaray” klubu ilə “Qarabağ” komandası arasında rəsmi görüşün keçirilməsini istədiyini bildirib: “Onlarla qeyri-rəsmi matçda oynamışıq. Amma həmin qarşılaşmada tam güc sərf etmədik. Fikrimcə, “Qalatasaray” kimi möhtəşəm klubla görüşə tamamilə hazırıq”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünya bundan danışır: Putinin videosu yayıldı