İdmançımız “Böyük dəbilqə” turnirində qızıl medal qazandı

İdmançımız “Böyük dəbilqə” turnirində qızıl medal qazandı

22 Sentyabr 2023, 17:57

Bakıda keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, kişilər arasında keçirilən final görüşündə Yaşar Nəcəfov (66 kiloqram) yaponiyalı idmançı Takeşi Takeoka qarşılaşıb. O, rəqibini məğlub edərək fəxri kürsünün ən yüksəl pilləsinə qalxıb.

 

Qeyd edək ki, ilk gündə yarışa qoşulan Balabəy Ağayev, Rövşən Əliyev, Nazir Talıbov (hamısı 60 kq), Qasım Vəlizadə, Rəşad Yelkiyev, Ruslan Paşayev (hamısı 66 kq), Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Nərgiz Hacıyeva (57 kq) erkən vidalaşıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna irəlilədi: Rusiya bir gündə şok itki verdi