Millimizin heyəti açıqlandı

Millimizin heyəti açıqlandı

İdman

23 Sentyabr 2023, 10:02

Dünya çempionatı 2023-ə hazırlıq çərçivəsində Türkiyədə keçiriləcək təlim-məşq toplanışı üçün Azərbaycan minifutbol millisinin heyəti açıqlanıb.

 

Modern.az xəbər verir ki, baş məşqçi Elşad Quliyev Bələk şəhərindəki hazırlığa 20 minifutbolçuya dəvət göndərib.

 

Millinin heyəti: Davud Kərimi, Ağaseyid Qasımov, Tural Nərimanov, Bəxtiyar Soltanov, Rəvan Kərimov, Taleh Babayev, Pərviz Qaraxanov, Mirkamil Əliyev, Seymur Məmmədov, Aleksandr Şemonayev, Samir Həmzəyev (hamısı “Zirə”), Rizvan Fərzəliyev, Elvin Əlizadə, Cəfər Cəfərov, Mirmehdi Rzayev, Vəli Qafarov, Vüsal İsayev, Təmkin Xəlilzadə, Emil Məmmədov, Eşqin Tağıyev (hamısı “Birbaşa Bakı”).

 

Qeyd edək ki, Oktyabrın 7-dək davam edəcək toplanış dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır