Modern.az

Daha 3 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

Daha 3 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

İdman

23 Sentyabr 2023, 10:44

Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.

 

Modern.az xəbər verir ki, güləşçilərimizdən Murad Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov yarışacaqlar. 63 kiloqram çəkidə yer alan Murad Məmmədovun 1/8 finaldakı rəqibinin kim olacağı bilinmir.

 

Digər güləşçilər isə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaq. Həsrət Cəfərov (67 kiloqram) 1/16 finalda Edsson Qutyerreslə (Meksika), İslam Abbasov (87 kiloqram) isə təsnifat mərhələsində Viorel Burduya (Rumıniya) ilə mübarizə aparacq.

 

Qeyd edək ki, ötən gün Eldəniz Əzizli (55 kiloqram) və Rafiq Hüseynov (82 kiloqram) dünya çempionu olublar. Sənan Süleymanov (77 kiloqram) isə gümüş medal qazanmaqla yanaşı olimpiadaya lisenziya əldə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var