Güləşçimiz erməni rəqibini məğlub etdi 

Güləşçimiz erməni rəqibini məğlub etdi 

23 Sentyabr 2023, 19:32

Güləşçimiz Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Modern.az xəbər verir ki, bu uğura 67 kq çəki dərəcəsindəki təmsilçimiz Həsrət Cəfərov imza atıb.

 

20 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlməklə olimpiadada iştirak hüququ əldə edib. Avropa çempionu yarımfinalda Ermənistan təmsilçisi Slavik Qalstyana 5:3 hesabı ilə qalib gəlib. H.Cəfərov sentyabrın 24-də final qarşılaşmasına çıxacaq.

 

Ona qədər Murad Məmmədov 63 kq çəkidə finala yüksəlmişdi.

 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) və yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) olimpiadaya lisenziya qazanıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Tarix açıqlandı - 15 günə Azərbaycan Ermənistan sülh imzalayacaq?