Modern.az

3 cüdoçumuz bürünc medal qazana bilər

3 cüdoçumuz bürünc medal qazana bilər

İdman

24 Sentyabr 2023, 14:32

Azərbaycanın üç cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə bürünc medal qazana bilər.

 

Modern.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev, 100 kq-dakı Zelim Kotsoyev və 100 kq-dan yuxarı çəkidəki İmran Yusifov medal görüşünə qatılacaqlar.

 

Onlar müvafiq olar Türkiyə təmsilçisi Mixael Zqank, xorvatiyalı Zlatko Kumriç və qazaxıstanlı Yerassul Kazhubayevlə üz-üzə gələcəklər.

 

Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) isə gümüş medal əldə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi