“Neftçi”nin vitse-prezidenti vəzifəsindən ayrıldı

“Neftçi”nin vitse-prezidenti vəzifəsindən ayrıldı

İdman

25 Sentyabr 2023, 12:28

“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov vəzifəsindən ayrılıb.

 

Modern.az xəbər verir ki, Bakı klubu bu barədə feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

 

Bildirilib ki, vitse-prezident öz istəyi ilə tutduğu postdan azad edilib.

 

Klub bu illər ərzindəki fəaliyyətinə görə ona təşəkkürünü bildirib: “Bizimlə çalışdığı 7 il ərzində göstərdiyi xidmətlərə görə Elnur Eyvazova təşəkkür edir və gələcək fəaliyyətində uğurlar diləyirik!”

 

Qeyd edək ki, Elnur Eyvazov 2016-2017-ci illərdə “Neftçi”nin icraçı direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. O, 2017-ci il iyulun 6-da klubun təsisçisi tərəfindən qəbul edilən qərar əsasında baş verən struktur dəyişikliyindən sonra vitse-prezident vəzifəsinə təyin olunmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda əsir saxlanılan Hüseynə ömürlük həbs cəzası verilib