Modern.az

Boksçularımız Rusiyada 6 medal qazandı 

Boksçularımız Rusiyada 6 medal qazandı 

İdman

25 Sentyabr 2023, 18:20

Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb.

 

Federasiyadan Modern.az- verilən məlumata görə, yarışda Azərbaycan millisi 6 medal əldə edib.

 

Ətraflı

Ads by  

0

Reklamınızı SmartBee ilə effektiv edin.

Komandamızın heyətində Zeynəb Rəhimova qalib adına layiq görülüb. 54 kq çəkidə çıxış edən idmançı finalda rusiyalı Ulyana Savronu məğlub edərək, qızıl medala yiyələnib.

 

Yığmamızın digər boksçularından Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq) və Mehparə Məmmədova (48 kq) bürünc mükafata sahib olublar.

 

Qeyd edək ki, komanda sentyabrın 26-da Bakıya qayıdacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi