Modern.az

"Qarabağ"ın futbolçusu hakimi təhqir etdiyi üçün dörd oyunluq cəzalandı

İdman

27 Sentyabr 2023, 14:06

AFFA İntizam Komitəsi "Qarabağ-2"nin futbolçusu Hüseyn Hüseynlini 4 oyunluq cəzalandırıb.

 

Modern.az xəbər verir ki, buna 23 yaşlı yarımmüdafiəçinin "Qəbələ-2"yə 2:3 hesabı ilə uduzduqları Əvəzedicilər Liqasının VII turunun oyununda hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.

 

Ağdam təmsilçisi buna görə 300 manat cərimələnib.

 

Sözügedən qarşılaşmada xərəkdaşıyan uşaqların sayı əsasnamədə göstəriləndən az olduğu üçün "Qəbələ"yə 80 manat cərimə kəsilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu