“Neftçi”yə yeni mətbuat katibi təyin olundu - FOTO

“Neftçi”yə yeni mətbuat katibi təyin olundu - FOTO

İdman

28 Sentyabr 2023, 09:28

“Neftçi”də daha bir təyinat reallaşıb.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın mətbuat katibi müəyyənləşib.

 

Bu vəzifəyə Emin Əfəndi təyin edilib.

 

45 yaşlı Emin Əfəndi müxtəlif illərdə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib. O, 2011-ci ildə Azərbaycanda keçirilən boks üzrə dünya çempionatının açılış və bağlanış mərasiminin baş prodüseri olub.

 

Qeyd edək ki, iki gün əvvəl “Neftçi”nin yeni strukturu təsdiqlənib. Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda əsir saxlanılan Hüseynə ömürlük həbs cəzası verilib