Modern.az

\"Qarabağ\"dan növbəti darmadağın 

\

29 Sentyabr 2023, 22:11

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

 

Modern.az xəbər verir ki, açılış oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.

 

"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 5:0 hesablı qələbəsi ilə bitib.

 

Qolları 22 və 27-ci dəqiqədə Olavio Juninyo, 42-ci dəqiqədə penaltidən Toral Bayramov, 44-cü dəqiqədə Leandro Andrade, 49-cu dəqiqədə Abdullah Zubir vurub.

 

Xallarının sayını 16-ya çatdıran "köhlən atlar" lider "Zirə"yə çatıb. "Gənclik şəhəri" təmsilçisi hələlik 8 xalla 7-ci sıradadır.

 

Qeyd edək ki, turun digər matçları 30 sentyabr və 1 oktyabrda keçiriləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi