Modern.az

\"Səbail\" - \"Sabah\" oyununda qalib müəyyənləşmədi

\

30 Sentyabr 2023, 21:11

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Sabah" komandası "ASCO Arena"da "Səbail"lə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

 

Hesabı 29-cu dəqiqədə meydan sahibləri açıblar. Yusif Nəbiyev adını tabloya yazdırıb. Qonaqlar 41-ci dəqiqədə Emmanuel Apehin penaltidən vurduğu qolla tarazlığı bərpa ediblər. 84-cü dəqiqədə Anatoli Nuriyev "Sabah"ı hesabda önə keçirib. Cəmi üç dəqiqə sonra isə "dənizçilər"in heyətində Adi Mahremiç yekun hesabı müəyyənləşdirib.

 

Bu nəticədən sonra xallarını 14-ə çatdıran "Səbail" üçüncü pillədəki mövqeyini qoruyub. Altı xalı olan "Sabah" isə səkkizinci sırada qalıb.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Sumqayıt"ı 5:0 hesabı ilə darmadağın edib, "Neftçi" isə səfərdə "Turan Tovuz"a qalib gəlib - 1:0.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI