Modern.az

"Qarabağ" Avropa Liqasında 5-ci pillədə qərarlaşıb

İdman

4 Oktyabr 2023, 15:28

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların adları açıqlanıb.

 

Modern.az xəbər verir ki, "10-luq"da "Qarabağ" da yer alıb.

 

Azərbaycan təmsilçisi 5-ci pillədə qərarlaşıb. Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. "Köhlən atlar" keçirdiyi son 5 qarşılaşmanın dördündə qələbə qazanıb, birində məğlub olub.

 

Komandanın qrup mərhələsində rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu birinci, Norveç çempionu "Molde" isə 10-cu sıradadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi