Modern.az

Qurban Qurbanov ermənilərlə bağlı suala belə cavab verdi 

Qurban Qurbanov ermənilərlə bağlı suala belə cavab verdi 

4 Oktyabr 2023, 21:46

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah İsveçin “Hekken” klubuna qarşı keçirəcəyi oyundan öncə mətbuat konfransında iştirak edib.

 

Modern.az xəbər verir ki, yerli jurnalistlərdən biri çalışdırıcıya “Ermənilər hazırda “Qarabağ”ı tərk edir, bu sizə təsir edir” sualını verib.

 

Qurbanov onun sualına belə cavab verib:

 

“Hamı bilirdi ki, biz öz torpaqlarımızda rahat yaşaya bilmirdik. Bu gün ordakı insanlar öz doğma ölkələrinə gedirlər. Azərbaycanlılar öz doğma torpaqlarına qayıdırlar. Digər ölkənin nümayəndələrin çox yaxşı yola salırlar. Rahat şəkildə onlara şərait yaradılır, kömək edilir. Hamı bilir ki, biz özümüzü daha yaxşı hiss edirik, çünki torpaqlarımız qayıdıb. “Qarabağ” Azərbaycandır, Azərbaycanın olub”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi