Modern.az

Millimiz Qazaxıstana məğlub oldu 

Millimiz Qazaxıstana məğlub oldu 

İdman

6 Oktyabr 2023, 22:37

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, yığma III turda yer aldığı A qrupunun favoriti Qazaxıstanla qarşılaşıb.

 

Bakı İdman Sarayında baş tutan görüşün birinci hissəsi Vitali Borisovun yetirmələrinin üstünlüyü ilə yekunlaşıb. Hadi Ahmadinin 12-ci dəqiqədə vurduğu qol sayəsində millimiz fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

 

Qonaqlar ikinci hissənin əvvəllərində bərabərlik topunu vurublar. 23-cü dəqiqədə Birjan Orozov hesabı bərabərləşdirib. Bir qədər sonra qonaqlar önə keçiblər. Bu dəfə 27-ci dəqiqədə Duqlas Junior adını tabloya yazdırıb. Qazaxıstanlılar 36-cı dəqiqədə fərqi iki topa çatdırıblar. Dauren Tursaqulov qapının boş olmasından məharətlə yararlanıb.

 

39-cu dəqiqədə Edson komandasının 4-cü qolunu vurub. Qarşılaşmada son nöqtəni 40-cı dəqiqədə yığmamızın heyətində Maneka qoyub. Beləliklə, Azərbaycan millisi doğma meydanında rəqibinə 2:4 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, qrupda növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək. Həmin gün bu komandalar Astanada üz-üzə gələcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi