Azərbaycan Premyer Liqasında ilk dövrə başa çatıb.
Modern.az xəbər verir ki, IX tura Azərbaycan derbisiylə yekun vurulub.
Belə ki, son bürünc medalçı "Neftçi" çempion "Qarabağ"ı qəbul edib.
Böyük maraqla izlənilən qarşılaşma "ağ-qara"ların rumıniyalı baş məşqçisi üçün əlamətdar olub.
Belə ki, bu matç Mutunun ilk Azərbaycan derbisi olub. Görüş Ağdam klubunun 0:2 hesablı qələbəsi ilə başa çatıb.